“Xəzər-Lənkəran”a qol vurmaq mənim üçün xoş idi”
17.06.2010 - 09:22
“Xəzər-Lənkəran”la yoldaşlıq oyununda “Şaxtyor”un ən yaxşı futbolçusu seçilən Taras Stepanenko qarşılaşmadan razı qalıb. Apasport.az saytının məlumatına görə, Ukrayna təmsilçisinin debütantı klubunun rəsmi internet saytına verdiyi açıqlamada hesabı açmasından məmnun qaldığını bildirib. Dayaq yarımmüdafiəçisi Donetsk təmsilçisində debütünün uğurlu alındığını düşünür: “Xəzər-Lənkəran”a qol vurmaq mənim üçün çox xoş oldu. Axı yeni klubda debüt matçında fərqləndim. İndi isə ən vacib olanı oynamaq və bacarığımı göstərməkdir”.
Qeyd edək ki, “Şaxtyor” – “Xəzər-Lənkəran” matçında ukraynalılar 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Şaxtyor” – “Xəzər-Lənkəran” matçında ukraynalılar 2:0 hesabı ilə qalib gəlib.
0
0