Levandovski: “Xəzər-Lənkəran” xarakterə malik komandadır
17.06.2010 - 09:34
Levandovski: “Xəzər-Lənkəran” xarakterə malik komandadır
“Xəzər-Lənkəran”la qarşılaşmada tam layiqli qələbə qazandıq. Vurduğumuz iki qol rəqib qapısında yaratdığımız imkanların çox cüzi bir hissəsidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun futbolçusu Mariuş Levandovski deyib. Almaniyada təlim-məşq toplanışı keçirən “Xəzər-Lənkəran”la yoxlama oyununda 2:0 hesabı ilə qalib gələn ukraynalıların polşalı legioneri nəticəni ədalətli sayır: “Şaxtyor” və “Xəzər-Lənkəran”ın səviyyələri tam fərqlidir. Bu gün rəqibimiz sırf mənəvi keyfiyyətləri ilə mübarizə apardı. Qeyd edim ki, onlar döyüşkən, xarakterə malik komandadır”.

Qeyd edək ki, “Şaxtyor”la görüş “Xəzər-Lənkəran”ın toplanışdakı ilk sınağı idi.