“Neftçi” daha bir futbolçudan imtina etdi
17.06.2010 - 11:14
“Neftçi” daha bir futbolçudan imtina etdi
“Asəf Qədiri müqavilə ilə bizim komandaya məxsusdur. Ancaq onu hazırkı heyətdə görmürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Ötən ilin yayında paytaxt təmsilçisi ilə 2 il müddətini əhatə edən müqaviləyə imza atan Asəf Qədiri cəmi 1 aydan sonra yenidən “Turan”a döndü. “Neftçi”də ehtiyatda qalmaqdansa, icarə əsasında Tovuz təmsilçisində çıxış edən yarımmüdafiəçiyə yenidən “ağ-qara” formanı geyinmək qismət olmayacaq. Çünki baş məşqçi onun xidmətində maraqlı deyil. Ona görə də Qədiri “Turan”la yanaşı, “Olimpik-Şüvəlan” və “Muğan”dan aldığı təklifi dəyərləndirəcək.