Zaur Ramazanov xaricə nəyə getmişdi?
17.06.2010 - 11:56
“Danışıq apardığım klub olmasa da, xidmətimdə maraqlı olan komandalar var. Lakin hələ danışıq aparmamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında son mövsümü “Karvan” klubunun heyətində keçirən Zaur Ramazanov deyib.
Bir vaxtlar ölkənin iddialı komandalarında oynayan, yığmanın formasını geyinən hücumçunun son bir ildə işləri heç də yaxşı getmir. 2 il əvvəl “Xəzər-Lənkəran”dan “Qarabağ”a keçən və bir mövsüm Ağdam təmsilçisinin formasını geyinən Ramazanov sonradan komandadan kənarlaşdırıldı. Arxada qalan mövsümün birinci dövrəsini boşa verən forvard qışdan sonra “Karvan”a keçdi. Lakin Yevlax təmsilçisi Premyer Liqa ilə vidalaşdığından, əksər oyunçular kimi Zaur da klubu tərk etdi. O, karyerasını hansı klubda davam etdirəcəyinə yaxın 2 gündə aydınlıq gətiriləcəyini bildirdi. Onun indiyə qədər heç bir komanda ilə anlaşmamasının səbəbi isə hücumçunun xaricdə olması ilə bağlıdır: “Azərbaycanda deyildim. Xarici ölkələrdən birinə getmişdim. Səfər sırf şəxsi işlərlə bağlı idi. Yəni, dincəlməyə getmişdim. 1-2 günə yeni komandamın adı açıqlanacaq”.

0
0