“Qarabağ” bu gün ilk yoldaşlıq görüşünü keçirəcək
17.06.2010 - 12:15
“Qarabağ” bu gün ilk yoldaşlıq görüşünü keçirəcək
Türkiyədə yeni mövsüm üçün hazırlıqlarını davam etdirən Ağdamın "Qarabağ" klubu bu gün ilk yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanov futbolçuların ümumi hazırlığını yoxlamaq üçün "Qızılcahamam Belediyyespor" komandası ilə qarşılaşacaq. Axşam saatlarında baş tutacaq qarşılaşmada Ağdam təmsilçisi baxışa çağırdığı iki futbolçu - Aleksandr Jijnov və Zoran Baldovaliyev sınaqdan çıxaracaq.
"Qarabağ" növbəti yoxlama oyununu iyunun 23-də Rusiya Premyer Liqasının təmsilçisi "Terek" klubuna qarşı keçirəcək.