“Xəzər-Lənkəran” – “Olimpiya” oyunu saat 21:00-da
22.06.2010 - 15:42
“Xəzər-Lənkəran” və “Olimpiya” arasında Avroliqanın I təsnifat mərhələsində cavab görüşünün başlanma saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, iyulun 8-də Lənkərandakı mərkəzi stadionunda görüşə saat 21:00-da start veriləcək. Komandalar ilk olaraq iyulun 1-də Kişinyovda “Zimbru” stadionunda görüşəcək. Ancaq həmin oyunun başlanma saatı hələ açıqlanmayıb.
Qeyd edək ki, püşkə görə “Xəzər-Lənkəran”la “Olimpiya”nın birinci görüşü iyulun 1-də Lənkəranda keçirilməli olsa da, UEFA sonrada oyunların yerlərini dəyişdirdi.
Qeyd edək ki, püşkə görə “Xəzər-Lənkəran”la “Olimpiya”nın birinci görüşü iyulun 1-də Lənkəranda keçirilməli olsa da, UEFA sonrada oyunların yerlərini dəyişdirdi.
0
0