Millimizin alman məşqçisi: Mən proqnozda bir dəfə səhv etmişəm
22.06.2010 - 16:08
“Dünya çempionatının oyunları ilə bağlı verdiyim proqnozlar özünü doğruldur. Hələlik yalnız bir oyunda “yandırmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Uli Ştayn deyib.
Baş məşqçi Berti Foqtsun qapıçılarla işləyən köməkçisi CAR-da keçirilən dünya çempionatının final mərhələsində yalnız həmyerlilərində yanıldığını açıqlayıb. Bundestimin sabiq qapıçısı qrup mərhələsinin ikinci turu ilə bağlı fikirlərini bildirib: “Mən yalnız Almaniyanın Serbiyaya uduzmasına təəccübləndim. Matçın 0:1 hesabı ilə bitməsi mənim üçün gözlənilməz oldu. Yoahim Lövün yetirmələri çoxsaylı qol epizodları yaratsa da, bəxtləri gətirmədi. Bütün imkanları qaçıran yığmamız meydanı məğlub tərk etdi. Serbiya yığması isə məni lap heyrətləndirdi. Mən onların belə oynayacağını deməyə risk etməzdim”.
Qeyd edək ki, ilk turda Avstraliyanı 4:0 hesabı ilə darmadağın edən almaniya ikinci turda Serbiyaya 0:1 hesabı ilə uduzub.

0
0