Ruslan Əmircanov “Neftçi”nin məşqinə qatılmadı
22.06.2010 - 16:27
“Komanda üzvləri demək olar ki, yığışıb. İlk məşqdə baş məşqçi Arif Əsədov futbolçularla söhbət etdi. Yeganə məqsədimiz çempion olmaqdır. Gərək bütün komanda üzvləri bir yerdə olsun”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Ruslan Əmircanov deyib.
Ardıcıl ikinci mövsümdə də avrokuboklardan kənarda qalan “Neftçi” heyətində ciddi islahatlar aparıb. Çempionat başa çatdıqdan sonra əksər legionerlərlə və təcrübəli futbolçularla vidalaşan ölkənin ən köklü komandası əvəzində 3 oyunçu ilə anlaşıb. Onlardan ikisi əcnəbi, biri isə yerlidir. Ancaq komanda qarşıya qoyulan məqsədə çatmaq üçün heyətini bir qədər gücləndirməlidir. Bunu Ruslan da təsdiqləyib. Şəxsi işləri ilə əlaqədar rəhbərlikdən icazə alan və bugünkü məşqdə iştirak etməyən Əmircanov bunları deyib: “Ab-hava yaxşıdır. Hamımız məzuniyyətdən dönmüşük. Uşaqlar bir-biri üçün darıxıb. Heyəti gücləndirmək istiqamətində işlər görülür. Əvəzedici komandadan da gənc və perspektivli uşaqlar dəvət edilib. Yəqin ki, yeni transferlərimiz olacaq”.

0
0