Aslan “Fənərbaxça”nı bir-birinə vurdu - FOTO
22.06.2010 - 17:22
Aslan “Fənərbaxça”nı bir-birinə vurdu - FOTO
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Öndər Turacinin keçmiş nişanlısı Kübra Aslandan ayrılmasının səbəbləri məlum olub. Apasport.az saytının məlumatına görə, Zeytinli şəhərində keçirilən gözəllik müsabiqəsində ikinci yeri tutan sevgilisi ilə futbolçu arasında qalmaqalın yaramasına qısqanclıq səbəb olub.

Gözəlçənin digər “Fənərbaxça”lı – qapıçı Volkan Babacanla da münasibətlərdə olduğu haqda xəbər tutan Öndər Kübra ilə haqq-hesab çürütmək istəyinə düşüb. Evə gəlib onun telefonunda zənglərin nömrələrinə baxan futbolçu sonda xanıma yumruq atıb. Qız qorxudan əyildiyi üçün zərbə mətbəxin qapısının şüşəsinə dəyib. Əli kəsilən Turacinin qanı bütün otağa yayılıb. Bu səbəbdən də xəstəxanaya çatdırılıb. Əli sağaldıqdan sonra isə futbolçu ilə Kübra ayrılmağa qərar veriblər.

Lakin bütün bunların yalan olduğunu iddia edən Aslan Volkandan hüquq-mühafizə orqanlarına şikayət edib. O, qapıçının adına ləkə yaxdığından şikayətçidir. Xanım iddia ərizəsində yazıb ki, Öndərə olmayan şeylər haqda məhz Volkan bildirib. Kübranın bacısının sevgilisi olan Babacanla aralarında heç nə olmadığını iddia etsə də, Turaci onların birgə şəkilləri olan diski araşdırma aparan hüquq-mühafizə orqanlarına təqdim edib.