Aleksandr Çertoqanov: “Lex”i neçə keçməyi baş məşqçi daha yaxşı bilir
22.06.2010 - 18:04
“Hələlik viza problemi ilə əlaqədar komanda yoldaşım Vladimir Levinlə birgə Bolqarıstana gedə bilməmişik. Deyiblər ki, sabah məsələ həll olunacaq və komandamızın düşərgəsinə yollanacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Aleksandr Çertoqanov deyib.
Azərbaycan yığmasının da üzvü olan ukraynalı yarımmüdafiəçi vətənində istirahətdən sonra Bakıya qayıdıb. Çertoqanov paytaxtda viza almasını gözlədiyi vaxtda klubdakı gələcək taleyinə də aydınlıq gətirib: “Klub rəhbərliyi ilə danışıqlarımız müsbət yekunlaşdı. Nəticədə yeni bir illik müqaviləyə imza atdım. Açığı, başqa konkret təkliflər yox idi. “İnter”də şərait qənaətbəxşdir, hər şey qane məni edir. Ona görə klubunu dəyişmək fikrinə düşmədim. Üstəlik, bu komanda ilə son mövsümdə çempion olmuşam”.
İndi Aleksandrı Çempionlar Liqasında Polşanın “Lex” klubu ilə çətin sınaq gözləyir. Ardıcıl ikinci mövsüm “İnter”in heyətində avrokuboklarda çıxış edəcək təcrübəli futbolçu püşkdən gileylənir: “Bizə güclü rəqiblə düşdü. Bu səbəbdən “Lex”lə oyunlarımız çətin olacaq. Bu klubun, çıxış etdiyi çempionatın reytinqi bizdən yüksəkdir. Buna görə də polşalıların mərhələ keçmək şansı çoxdur. Ancaq biz də ümidimiz itirmirik. Şans həmişə var və mərhələ keçməyə çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. “Lex”nin nəyin hesabına keçə bilərik? Məncə, bunu baş məşqçimiz Kaxaber Sxadadze daha yaxşı bilər. O, bizə bu komandanı necə udmağın yolunu göstərəcək”.
Mehman SÜLEYMANOV

0
0