Elmar Baxşıyev: “Xəzər-Lənkəran” “Olimpiya”nı keçməyə borcludur
22.06.2010 - 23:08
“Uzun illər oynadığım “İnter”in püşkdə heç bəxti gətirmədi. Deyərdim ki, ən çətin və arzuolunmaz komanda məhz onlara düşdü. Polşanın “Lex” klubunu keçmək çox çətin olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun sabiq kapitanı Elmar Baxşıyev deyib.
Son iki ildə “Neftçi”də oynayan futbolçu “İnter” hələ “Xəzər Universiteti” adlanan dövrdən - ümumilikdə 10 il bu klubun şərəfini qoruyub. Elmar “Xəzər-Lənkəran”ın heyətində 2008-ci ilin yayında UEFA kubokunda Polşanın “Lex” klubuna qarşı oynayıb. Səfərdə keçirilən cavab görüşündə (1:4) qırmızı alan Baxşıyevin bu, Lənkəran klubunun heyətində sonuncu oyunu oldu: “Yadımdadır, Polşadakı oyunda iki sarı vərəqə üzündən meydandan çıxarıldım. Ancaq ikinci epizodda günah məndə olmadı. Mən qəsdən əllə oynamamışdım, top əlimə dəymişdi. Ancaq baş hakim mənə ikinci sarı vərəqə göstərərək, meydandan çıxardı. “Lex”in əsl Avropa səviyyəli komanda olduğu oyunu ilə hiss olunurdu. Onlar meydanda rəqibə boşluq vermir, güclü pressinq tətbiq edirlər. Rəqib ona pressinq tətbiq edəndən bundan rahat çıxırlar. “Lex” evdə güclü azarkeş dəstəyinə malik olur. Onlar doğma komandalarını durmadan irəli səsləyirlər”.
Baxşıyevin fikrincə, “İnter” mərhələ keçmək üçün öz meydanında mütləq qələbə qazanmalıdır: “Biz həmin vaxt Bakıda 0:1 hesabı ilə uduzduq və səfərdə işimiz daha çətin oldu. “İnter” Bakıda uğurlu nəticə qazansa, mərhələ keçməyə ümid edə bilər. Əks təqdirdə, buna nail olmaq çətindir. Futbolda hər şey ola bilər. Mən şansları 70-in 30-a “Lex”in xeyrinə qiymətləndirirəm”.
Elmar “İnter”dən 2007-ci ilin yayında keçdiyi “Xəzər-Lənkəran”ın avrokuboklarda mərhələ keçmək işini asan hesab edir: “Hesab edirəm ki, “Xəzər-Lənkəran” Moldovanın “Olimpiya” klubu keçməyə borcludur. Düzdür, rəqibi aşkar zəif saymıram. Sadəcə, klublarımıza püşkdə ən optimal rəqib məhz “Xəzər-Lənkəran”a düşdü. Lənkəranlılar bundan maksimum istifadə etməlidir”.
Qeyd edək k, Elmar “İnter”də olduğu kimi, “Xəzər-Lənkəran”da da kapitan sarğısını daşıyıb.
Mehman SÜLEYMANOV

0
0