“O, nə tanınmış futbolçu olub, nə də məşqçi”
22.06.2010 - 23:03
“Avropa Liqasında “Qarabağ”a asan rəqib düşməyib. Yaxşı tanıdığım “Metallurq” ciddi komandadır. Düzdür, adına görə Makedoniyada böyük klub deyil. Ancaq son illərdə ölkəmizdə ən güclülərdən sayılır”. Bu fikirləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Vaxtilə Makedoniya və Azərbaycan yığmasını, eləcə də “Bakı” klubunu çalışdırmış təcrübəli mütəxəssis həmyerlilərinin “Qarabağ”la Avroliqanın I təsnifat mərhələsində görüşünə şahidlik edəcək. Onun fikrincə, paytaxt Skopyeni təmsil edən komanda yaxşı maliyyə imkanlarına malikdir: “Bu, klubun sahibi Minço Yordanovun sayəsində mümkündür. O, Makedoniyanın zəngin iş adamlarından biridir. Özü də Yordanov təkcə futbol yox, həndbol komandası da yaradıb, Xorvatiyadan mütəxəssis dəvət edib. Çox bacarıqlı insandır. Artıq futbolda da təşkilatçılıq işləri ilə məşğuldur. Klubun direktoru Nikola Dyeşovskini çoxdan, 15 yaşından tanıyıram. Makedoniyada “Vardar” klubunda rəhbərliyim altında oynayıb. Hətta Nikolanın toyunda da iştirak etmişəm. “Metallurq”un baş məşqçisi Jikitsa Tasevski isə nə tanınmış futbolçu olub, nə də çalışdırıcı. Məşqçiliyə yeni başlasa, gənc olsa da, çox iddialıdır. Onunla da yaxşı münasibətim var”.
Makedoniyanın sonuncu dəfə avrokuboklarda bizə rəqibi iki il öncə Çempionlar Liqasında “Rabotniçki” olub. Ancaq Hacıyevski “İnter”in keçdiyi bu komanda ilə “Metallurq”u müqayisə etməyib: “Metallurq” “Rabotniçki” kimi zəif deyil, kifayət qədər güclüdür. İstənilən halda, mənim üçün bu cütdə favorit “Qarabağ”dır. Çünki bu komanda yaxşı, ən əsası sabit heyətə malikdir. Komanda ötən yay Avroliqada uğurla çıxış edərək, böyük təcrübə qazanıb. Onun həmin heyəti demək olar qoruması da üstünlük verir”.
Mehman SÜLEYMANOV

0
0