“Barselona”dan “Valensiya”ya ikinci zərbə
23.06.2010 - 09:25
“Barselona” əsas rəqiblərindən olan “Valensiya”nı zəiflətməkdə davam edir. Apasprot.az saytının məlumatına görə, az öncə “yarasalar”dan David Vilyanı transfer edən Kataloniya klubu Xuan Matanı da rənglərinə bağlayıb. Onlar “Valensiya”nın 22 yaşlı hücumçusu üçün 20 milyon avro ödəyiblər.
Qeyd edək ki, Mata ilə 5 illik müqavilə bağlayan “Barselona” rəhbərliyi yaxın günlərdə daha bir neçə futbolçunun transferini reallaşdırmağı planlaşdırır.
Qeyd edək ki, Mata ilə 5 illik müqavilə bağlayan “Barselona” rəhbərliyi yaxın günlərdə daha bir neçə futbolçunun transferini reallaşdırmağı planlaşdırır.
0
0