Futbolçularımız Türkiyəyə məğlub oldu
23.06.2010 - 09:43
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun yetirmələri ölkəmizin qonağı olan Türkiyə yığması ilə görüşüb. AFFA tərəfindən Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa olunmuş meydançada baş tutan qarşılaşmada qalib müəyyənləşməsə də (2:2) penaltilər seriyasında qonaqlar üstün olub – 11:12. Millimizin əsas vaxtdakı qollarını Elşad Quliyev və Müslüm Hüseynov vurublar.
Qeyd edək ki, çimərlik futbolu üzrə yığmamız bu gün saat 18:00-daTürkiyə millisi ilə ikinci yoxlama oyununu keçirəcək. Qarşılaşmanı izləmək istəyənlərin stadiona girişi pulsuz olacaq.
Mənbə: affa.az
Qeyd edək ki, çimərlik futbolu üzrə yığmamız bu gün saat 18:00-daTürkiyə millisi ilə ikinci yoxlama oyununu keçirəcək. Qarşılaşmanı izləmək istəyənlərin stadiona girişi pulsuz olacaq.
Mənbə: affa.az
0
0