“Olimpiya” Moldova yığmasının müdafiəçisi ilə anlaşdı
23.06.2010 - 09:56
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”ın rəqibi olan Moldovanın “Olimpiya” klubu heyətini gücləndirməyə çalışır. Apasport.az saytının xəbərinə görə, mövsüm başa çatdıqdan sonra kapitan Oleq Şişkinlə ukraynalı Nikolay Qleqi itirən Moldova təmsilçisi əvəzində bir oyunçu ilə anlaşıb.
Bu haqda açıqlama verən klubun sahibi Sergey Kiselev bildirib ki, yığmanın da formasını geyinən Aleksandr Keltuyale ilə ortaq məxrəcə gəlinib. Ampluası müdafiəçi olan futbolçunun 27 yaşı var. Transferlə bağlı fikirlərini açıqlayan klub rəsmisi bu keçidin “Olimpiya”nı gücləndirəcəyini düşünür: “Avropa Liqası öncəsi bu transfer komandanı gücləndirəcəyini düşünürəm. Beynəlxalq oyun öncəsi demək olar bütün xətləri gücləndirdik. Ən yaxşı qapıçı Sergey Paşenko, hücumçu Georgi Ovsiyannikovla anlaşmışdıq. İndi də müdafiəçini heyətə cəlb etdik”.

0
0