Azərbaycan çempionu “Botev”ə qarşı
23.06.2010 - 10:05
Azərbaycan çempionu “Botev”ə qarşı
Bolqarıstanın Pravets şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu iyunun 25-də növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşdə Azərbaycan çempionunun rəqibi Bolqarıstanın I liqa təmsilçisi "Botev" olacaq.
Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində "İnter" keçirdiyi iki yoxlama oyununda "Pravets"i 6:1 və "KİM Minyol"a 3:1 hesabı ilə qalib gəlib.