Azərbaycan yığmasının məşqçisi: Komandamdan narahat deyiləm
23.06.2010 - 10:27
Azərbaycan milli komandasının məşqçisi Uli Ştayn Almaniya yığmasının dünya çempionatının 1/8 final mərhələsinə çıxacağına əmindir. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis həmyerlilərinin qrup mərhələsini adlayacağına şübhə etmir.
Ştayn vaxtilə şərəfini qoruduğu Bundestimin Qana ilə keçiriləcək bugünkü görüşdə problem yaşamayacağını bildirib: “Komandamıza görə heç narahat deyiləm. İndiki vəziyyətdə Qana millisini heç-heçə qane etsə belə, qrup qalibinin Almaniya olacağına əminəm. Afrikalılar bizimlə heç-heçə oynamaq iqtidarında deyil. Çünki onların müdafiəsi çox zəifdir. Hətta hücum xəttində də hər hansı təhlükə görünmür. Özü də onlar hər iki qolunu penaltidən vurublar. Rəqibimizi daim təzyiq altında saxlasaq, onları darmadağın etmək olar”.
Qeyd edək ki, Almaniya – Qana oyunu bu gün saat 23:30-da başlayacaq.

0
0