Albaniya yığmasının futbolçusu Bakıda klub axtarır
23.06.2010 - 10:44
Yeni mövsümə hazırlaşan “Olimpik-Şüvəlan” hazırlığını Bakıda davam etdirir. Apasport.az saytının xəbərinə görə, təlim-məşq toplanışına yığışan paytaxt təmsilçisi baxışa yeni futbolçular dəvət edib.
Onlardan artıq biri klubun düşərgəsindədir. Söhbət albaniyalı müdafiəçi Endrit Vrapidən gedir. 1982-ci ildə anadan olan futbolçu karyerasına Tirana “Partizan”ında başlayıb. Daha sonra “Elbasani”, “Tirana”, “Dinamo” (Tirana), “Teuta” klublarının formasını geyinən müdafiəçinin son klubu “Besa” olub.
Kapitan sarğısını daşıyan Vrapi son mövsümdə 32 oyunda meydana çıxıb. O, eyni zamanda Albaniya yığmasının da formasını geyinir. Müdafiəçi Bakıda keçirilən və 1:1 hesabı ilə başa çatan Azərbaycan-Albaniya oyununda millimizə qarşı 90 dəqiqə mübarizə aparıb.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0