“Xəzər-Lənkəran” böyük hesablı məğlubiyyətlə barışdı
23.06.2010 - 22:23
“Xəzər-Lənkəran” böyük hesablı məğlubiyyətlə barışdı
Almaniyanın Burqhauzen şəhərində yay təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələri Avstriyanın “Mattersburq” klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 21:30-da başlayan görüş lənkəranlıların təlim-məşq toplanışında üçüncü oyunu olub.

Cənub təmsilçisi bu görüşdən də məğlub ayrılıb. Belə ki, avstriyalılar “Xəzər-Lənkəran”ın qapısından 6 top keçiriblər. Lənkəranlılar bu qollardan yalnız ikisinin əvəzini çıxa biliblər.

Qeyd edək ki, cənublular öncə Ukraynanın "Şaxtyor" klubuna 0:2, Avstriyanın "Rid" komandasına isə 0:3 hesabı ilə uduzmuşdular.



21:30. “XƏZƏR-LƏNKƏRAN” – “MATTERSBURQ” - 2:6
“Xəzər-Lənkəran”: Kamran Ağayev, Radomir Todorov, Elnur Allahverdiyev, Amit Hüseynov, Davit İmedaşvili, Devran Ayhan, Mario Souza, Rahid Əmirquliyev, Allan Lalin, Deqrot.
Mircavadovun stert heyətində yer verdiyi Deqrot Hollandiyadan baxışa gəlib.

Cənub təmsilçisinin heyətində əvvəl Souza, sonra isə ikinci hissədə meydana çıxan Elvin Beçiri fərqlənib.