Saşa Yunisoğlunun “Neftçi”yə keçidi baş tutmadı
23.06.2010 - 16:16
Saşa Yunisoğlunun “Neftçi”yə keçidi baş tutmadı
“Biz həqiqətən də Saşa Yunisoğlunu heyətdə görmək istəyirdik. Onunla görüşüb, danışıqlar aparmışdıq. Lakin Saşa qəti qərar vermək üçün bizdən bir neçə gün vaxt istədi. Həmin müddət dünən başa çatdı”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Əsədov klubun saytına bildirib ki, futbolçu qəti qərar vermədiyindən, daha bir neçə gün möhlət istəyib: “Deyəsən xarici klubların birində baxışdan keçmək niyyətində idi. Təbii ki, işin belə gedişi bizi qane edə bilməzdi. Saşa Yunisoğlunun fikirləri planlarımıza uyğun gəlmədiyinə görə, onun komandamıza transferi baş tutmadı. Artıq bu məsələni qapalı saymaq olar. İndi fikrimizi digər məsələlərin həllinə yönəltmişik. Saşa Yunisoğluya gələcək karyerasında uğurlar arzulayırıq”.