Jaba: Avropa Liqası Azərbaycan çempionatı deyil!
23.06.2010 - 23:03
“Çox təcrübəli məşqçimiz var. Komandanın hər bir üzvü ona hörmətlə yanaşır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Jaba deyib.
Braziliyalı hücumçu komandasının Avropa Liqasına hazırlığı barədə danışıb: “Almaniya 2 həftəlik hazırlıq keçəcəyik. Yaxşı hazırlıq keçməliyik ki, Avropa Liqasında uğurlu çıxış edək. Hamı Avropa Liqasının oyunlarına köklənib. Bilirsiniz, Avropa Liqasında zəif rəqib olmur. Avropa Liqası Azərbaycan çempionatı deyil. İnanıram ki, yaxşı futbolçular transfer olunacaq. Əsas məqsədimiz yaxşı oyun nümayiş etdirib, mərhələ adlamaqdır”.

0
0