İtaliya, Şimali İrlandiya, Çexiya və “Qarabağ”
24.06.2010 - 23:07
“Qarabağ”ın Avropa Liqasındakı ilk görüşünü gənc hakim idarə edəcək. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin Makedoniyanın “Metallurq” komandası ilə iyulun 1-də keçiriləcək oyununun hakimi İştvan Kovaçın heç 26 yaşı da yoxdur. Sentyabrın 16-da 26 yaşını qeyd edəcək rumıniyalı FİFA referisi avrokuboklar üçün kifayət qədər gənc sayılır.
Rumıniyanı təmsil edən macar köklərə malik Kovaç 4 ildir peşəkar səviyyədə hakimlik edir. Bu ilin yanvarından FİFA dərəcəsi alan İştvan vur-tut 2 beynəlxalq qarşılaşmaya təyinat alıb. Avrokuboklardakı debütünü Tofiq Bəhramov adına Respublika stadionunda qeyd edəcək rumıniyalıya indiyədək yalnız yeniyetmələrin oyunlarında etimad göstərilib. O, ötən ay 19 yaşlılar arasında Avropa çempionatının elit-raundunun İtaliya – Şimali İrlandiya (3:2) və Şimali İrlandiya – Çexiya (1:3) matçlarında fit çalıb.
Qeyd edək ki, Kovaç hakimlik üzrə 4-cü kateqoriya aiddir.

0
0