“Mersin İdman Yurdu” yenə azərbaycanlı futbolçu axtarır
24.06.2010 - 23:12
“Mersin İdman Yurdu” yenə azərbaycanlı futbolçu axtarır
Türkiyənin Bank Asiya liqasında mübarizə aparan “Mersin İdman Yurdu” klubu yenə azərbaycanlı futbolçu transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, bir müddət öncə milli komandamızın sabiq üzvləri Ernani Pereyra və İlqar Qurbanovun keçidini həll edən klub bu dəfə müdafiənin sağ cinahı üçün oyunçu axtarışına başlayıb.

Mersin təmsilçisi bu məqsədlə İlqara müraciət edib. 24 yaşlı futbolçu saytımıza açıqlamasında bildirib ki, onlara konkret futbolçu adı deməkdə çətinlik çəkib:
"Türk vətəndaşlığım olduğuna görə, mən orada yerli oyunçu kimi çıxış edəcəyəm. İndi onlar türkdilli ölkədən olan 2 futbolçu ala bilərlər. Düzü, Azərbaycan futbolçuları ilə maraqlanıblar. İndi onlara güclü cinah müdafiəçiləri lazımdır. Beləsinin adını çəkə bilmədim. Çünki yerli oyunçularımızın hamısının klublarla müqaviləsi var. Hər halda, onlar başqa kanallar vasitəsi ilə Azərbaycanda oyunçu tapmağa çalışacaqlar".

Qeyd edək ki, İlqar Qurbanov 2-3 gün öncə "Mersin İdman Yurdu" ilə 2 illik müqavilə imzalayıb.