“Xəzər-Lənkəran”a Azərbaycan üçün tanış hakim
24.06.2010 - 23:09
“Xəzər-Lənkəran” klubunun Avropa Liqasındakı ilk oyununu Azərbaycan üçün tanış hakim idarə edəcək. Apasport.az saytının məlumatına görə, 35 yaşlı çernoqoriyalı Pavle Radovanoviç 21 yaşlılardan və böyüklərdən ibarət milli komandalarımızın görüşündə fit çalıb.
2 ildir FİFA referisi olan Radovanoviçin idarə etdiyi matçların birində yığmamız qalib gəldiyi halda, digərində məğlub olub. Belə ki, 2009-cu ildə Azərbaycan millisinin səfərdə Lixtenşteyn üzərində 2:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada baş hakim funksiyasını çernoqoriyalı həyata keçirib.
35 yaşlı hakim 21 yaşlılardan ibarət millimizin İtaliyaya (2008-ci il) 0:2 hesabı ilə uduzduğu matçı da idarə etməklə yanaşı, səfərdə keçirilən həmin qarşılaşmada hətta qapımıza penalti də təyin edib.
Maraqlıdır ki, komandalarımızın qarşılaşmalarında söz sahib olan Radovanoviçin idarə etdiyi hər iki oyunda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıblar. Bu ənənə davam edərsə, “Xəzər-Lənkəran”ın da Moldovadan eyni hesabla dönəcəyini proqnozlaşdırmaq olar.
Qeyd edək ki, hakimlik üzrə 4-cü kateqoriya aid olan Radovanoviç ixtisasca vəkildir. İndiyədək 6 beynəlxalq oyun idarə edib.

0
0