“Qarabağ” Makedoniyaya “casus” göndərdi
25.06.2010 - 13:03
Avropa Liqasının püşkatmasından dərhal sonra Ağdamın "Qarabağ" klubu əməliyyata başlayıb. Apasport.az saytının məlumatına görə, "Metallurq"un təhlili komandanın fiziki hazırlıq üzrə bolqarıstanlı məşqçisi Çudomir Çakarova həvalə olunub.
Təcrübəli mütəxəssis bu səbəbdən də “Qarabağ”la bərabər Azərbaycana qayıtmayıb. O, Türkiyədən birbaşa Makedoniyaya gedərək, klubun iştirakı ilə keçirilən yoxlama görüşlərinə tamaşa edib. Çakarov bir neçə gündən sonra Azərbaycana gələcək və gördüyü işlər barədə Qurban Qurbanovu məlumatlandıracaq.
Qeyd edək ki, Çakarov Makedoniya futbolunu dərindən bilir. O, bu ölkənin ən güclü məşqçilərindən sayılan Qyoko Hacıyevskinin köməkçisi olub.

0
0