“Neftçi” rəsmiləri “İtuano”nu A seriyasında necə görüblər?
25.06.2010 - 23:11
Bakının "Neftçi" klubu daha bir legionerin transferini rəsmiləşdirərək, onunla müqavilə bağladı. Paytaxt təmsilçisi Alessandro Viana da Silvanı heyətinə qatmaqla, braziliyalılarının sayını artırdı. Çoxları 27 yaşlı müdafiəçini neçə vaxtdır vəd edilən və hamının səbirsizliklə gözlədiyi A seriyasının oyunçularından biri olduğunu zənn edir. Əslində isə Viana nəinki Braziliyanın A seriyasına, heç ona yaxın səviyyədə də deyil. Buna əmin olmaq üçün arxa xətt oyunçusunun karyerasına nəzər salmaq maraqlı olardı.
Uzağa getməyib elə bu ilin arxada qalan hissəsinə, yəni Alessandronun "Neftçi"yə haradan və hansı səviyyədən gəldiyinə baxaq. Müdafiəçi 2010-cu ili "İtuano" klubunda keçirib. Bu komanda da ki, nə A, nə B, nə də C seriyalarında oynayır. "İtuano" ötən il mübarizə apardığı yarışlardan biri Braziliya çempionatının D seriyası olub. Lakin gücünə görə ölkəsinin 4-cü liqasını tərk ediblər. "Neftçi"nin yeni transferi isə həmin bu 4-cü, sonuncu liqanı tərk edən komandanın üzvü olub. Maraqlıdır, görəsən, ayyarım seleksiya məqsədiylə Braziliyada gün keçirən "Neftçi" nümayəndələri "İtuano"nu A seriyasında necə görüb?
Braziliya deyil, ştat çempionatları arasında fərqi bilməyən mütəxəssislərin Cənubi Amerikaya hansı matçları izləmək üçün yollandıqların isə gizlətmək mənasız idi. Amma Viananın kəşf olunduğu yeri tapmaq elə də müşkül məsələ deyil.
İlin əvvəlində öz ştat birinciliklərində, sonra isə ölkə çempionatının öz seriyalarında mübarizə aparan klublar kimi "İtuano" da yanvardan iyunun əvvəlinədək boş qalmayıb. Alessandronun sabiq komandası ən nüfuzlu ştat birinciliklərindən olan Paulistada mübarizə aparıb. "İtuano" San Paulu ştatının çempionatı sayılan bu yarışda çıxış edən 20 komanda arasında 13-cü yeri tutub. "Neftçi"nin digər transferi Denis Silva Kruzun da bu birincilikdə oynayan "Qremio Prudente"dən gəldiyini nəzərə aldıqda maraqlı məntiq üzə çıxır.
Deyəsən, bakılıların seleksiyaçılarına Paulistanı göstəriblər və A seriyası adıyla qələmə veriblər. Hər halda, bu turnir ştatın güclülər dəstəsi sayılır və 20 komanda arasında ən zəiflər aşağı dəstəyə yuvarlanır. Bəlkə də ştatla ölkənin güclülər dəstələri arasındakı çaşqınlığa da bu səbəb olub.
O ki, qaldı Viananın Paulistadakı oyunlarına, müdafiəçi 19 matçın 16-da meydana çıxıb. Bu "İtuano"nun heyətində 3-cü, San Paulu çempionatında isə 41-ci nəticə sayılır. 14 dəfə start heyətində yer alan Alessandro 12 matç 90 dəqiqə mübarizə aparıb. Elə məhz bu görüşlərdə də bəyənilib. Ümumilikdə 1296 dəqiqə top qovan braziliyalı 5 sarı vərəqəylə "mükafatlanıb". Braziliya çempionatı heç bir dəstəsinin səviyyəsi ilə ayaqlaşmayan futbolçunun ən böyük mükafatı isə Paulistanın 18-ci turunda olub. Alessandro əfsanəvi həmyerliləri Roberto Karlos və Ronaldonun da meydanda olduğu görüşdə "Korintians"a qarşı forma geyib. 2:0 hesabı ilə bitən həmin qarşılaşmada ikinci qolu da "Yekədiş" vurub.
"Neftçi"nin kəşf etdiyi futbolçunun sonuncu dəfə Braziliya çempionatında nə vaxt oynadığını tapmaq üçün əvvəlki illəri araşdırmaq lazım gəlir. Ötən - 2009-cu ildə müdafiəçi "Ponte-Preta"nın şərəfini qoruyub. Lakin Viana orada da yalnız Paulitsada oynamaqla kifayətlənib. Ştat çempionatında cəmi 9 oyun keçirən arxa xətt oyunçusu 365 gün ərzində cəmi 669 dəqiqə iş başında olub. Bu isə orta hesabla günə 2 dəqiqədən də azdı. Bu matçlarda bir xəbərdarlıq alan cənubi amerikalı yenə "Korintians" və "Yekədiş"lə görüşə bilib. Ronaldo bu dəfə daha amansız olub 2 qol vursa da, matç 2:2 hesabı ilə bitib.
Viananın milli çempionatdakı son matçı isə 2008-ci ilə təsadüf edib. Həmin il əvvəl "Vitoriya", sonra "Quarani"nin ehtiyat oyunçular skamyasında əyləşən futbolçu sonda "Nautiko"da peyda olur. A seriyasında çıxış edən Resife təmsilçisi 20 komanda arasında 15-ci yeri tutur. "Neftçi"nin legioneri isə yalnız 31-ci turun "Portuqeza"yla qarşılaşmasının iştirakçısı olur. 1:1 bitən matçda müdafiəçi 90 dəqiqə top qovur.
Qeyd edək ki, son 3 ili aşağı səviyyələrdə keçirən Viana 2002-ci ildə başlayan peşəkar karyerasının 2008-ci ilin yanvarınadək olan bölümündə "Adap Qalo Marinqa", "Bandeyrante", "Quarantinquetta", "Amerika" (San Xose Rio Preta), "Novo Hamburqo", "Atletiko Paranense", həmçinin Avstraliyanın "Melburn Viktori" klublarının şərəfini qoruyub.
Mənbə: “Ekspressfutbol” qəzeti

0
0