“Problem sevdiyim qızın ailəsi ilə bağlıdır”
26.06.2010 - 14:30
“Ayrı-ayrı ölkələri təmsil edən klubların heyətində oynadığım üçün köçəri həyat tərzi sürmüşəm. Ötən il “Olimpik-Şüvəlan”da idimsə, bu il yenə Türkiyəyə üz tutub “Mersin İdman Yurdu” ilə müqavilə bağladım. Düzü, klubları həmişə özüm seçmişəm, heç vaxt seçilməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu İlqar Qurbanov deyib.
Qurbanov bildirib ki, futbolçu karyerasında olduğu kimi, şəxsi həyatında da yenilik etməyin əsl vaxtıdır: “Artıq 24 yaşım var. Məncə, subay gəzməyim yetər. Evlənməyin əsl vaxtının gəldiyini düşünrəm”.
Futbolçunun sevdiyi qız olsa da, evlənməkdə problemlə üzləşdiyini söyləyib: “Problem qızın ailəsi ilə bağlıdır. Onlar bu işə razılıq verən kimi evlənəcəyəm. İnanıram ki, istəyim tez bir zamanda həyata keçəcək”.

0
0