“Neftçi”nin futbolçusu: Braziliya dünya çempionu olacaq
28.06.2010 - 17:07
“Son mövsümü Braziliya çempionatında keçirmişəm. Yəqin mənimlə razılaşarsınız ki, Braziliya çempionatı çox çətin keçir. Orada çoxlu güclü futbolçular çıxış edir. Formasını daşıdığım "İtuana" komandasının oyunlarını Avropanın bir çox klublarının seleksionerləri izləyir”. Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi" klubunun yeni transferi Alessandro Viana da Silva deyib.
Braziliyalı futbolçu bildirib ki, “Neftçi”nin ona maraq göstərməsini eşidəndən sonra xəritədə Azərbaycanı axtarmağa başlayıb: “Bu klubun rəhbərliyinin yeni mövsümdə iddialı komanda yaratmaq istəyi və mənim transferimdə fəallıq göstərməsi məni çox razı saldı. Avstraliyanın "Melburn" komandasının heyətində çempionluq sevinci yaşamışam. İnanıram ki, "Neftçi"nin heyətində də qızıl medalları qazanacam".
Silva klubun saytına açıqlamasında hazırda davam edən futbol üzrə dünya çempionatı ilə bağlı da fikirlərini bildirib: "Etiraf edim ki, bu dünya çempionatı bir qədər maraqsız keçir. Braziliya yığmasına gəldikdə düşünürəm ki, CAR-da keçirilən dünya çempionatının qalibi məhz Dunqanın yetirmələri olacaq. Braziliyalılar digər yığmalara nisbətən bir baş daha üstün görünür".

0
0