“Qələbə istəyi ilə alışıb-yanan komanda quracağıq” - MÜSAHİBƏ
29.06.2010 - 13:50
“Turan” klubunun baş məşqçisi təyin edilən Sakit Alıyevin apasport.az saytına müsahibəsi
- Təyinatla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.
- Sözün düzü, bunu gözləmirdim. Musa müəllim (klubun prezidenti Musa Süleymanov – red) zəng vurub, məni komandaya baş məşqçi təyin etmək istədiyini bildirdi. Razılıq verdim. İşləmək istəyirəm. Klubla bağlı planlarım var. Əvvəlkindən də yaxşı işlər görməyə çalışacağam. Yenə perspektivli gənclərin özlərini göstərməsinə şərait yaradacağıq.
- Komanda hazırlığa nə vaxt başlayacaq?
- İyulun 1-də klubdaxili iclas olacaq. Həmin gün həm də yeni mövsümün hazırlığına start verəcəyik. Hazırlıq planı 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə fiziki təmrinlər üzərində çalışacağıq. Daha sonra sürət və dözümlülük, son mərhələdə isə taktiki-texniki planda hazırlaşacağıq. Yoxlama oyunlarını da son mərhələdə keçirəcəyik.
- Hazırlığı harada keçirəcəksiniz?
- Birinci mərhələni rayonda, öz bazamızda reallaşdıracağıq.
- Qarşıya hansı məqsəd qoyulub?
- Hələ bu haqda klub rəhbərliyi ilə söhbətimiz olmayıb. Əlbəttə, nizam-intizamlı, döyüşkən komanda quracağıq. Tovuz futbol məkanıdır. Bu rayon həmişə öz yetirmələri ilə seçilib. Rayonun futbol şöhrətini özünə qaytarmağa çalışacağıq. İnşallah, istəyimizə nail olacağıq.
- Heyəti gücləndirəcəksinizmi?
- Əsas gücü yerli oyunçulara verəcəyik. Tovuz futbol məktəbinin perspektivli yetirmələrini hazırlığa cəlb edəcəyik. Yenə deyirəm, döyüşkən, qələbə istəyi ilə alışıb-yanan kollektiv quracağıq. Legionerlər də dəvət edəcəyik. Onları yoxlama oyunlarında sınadıqdan sonra komandaya götürəcəyik.
- Ötən ilki heyətlə müqayisədə çox dəyişiklik olacaq?
- Bəli, dəyişiklik olacaq. Kimlərlə çempionata başlayacağımızı yaxın günlərdə dəqiqləşdirəcəyik. Bundan sonra konkret açıqlama vermək olar.
- Bəs köməkçiləriniz kimlər olacaq?
- Elxan Abdıyev, Eltay Aslanov komandanın hazırlanmasında mənə kömək edəcəklər. Eldəniz Hüseynov isə qapıçılarla işləyən məşqçi olacaq.
- Siz sadəcə, əsas komandaya rəhbərlik edəcəksiniz, yoxsa uşaq futboluna da diqqət yetirəcəksiniz?
- Klubun nəzdində fəaliyyət göstərən bütün sahələrə nəzarət edəcəyəm. Məqsədimiz əsas komanda ilə yanaşı, uşaq futboluna da təkan verməkdir. Klubun gələcəyi baxımından bu, mütləq olmalıdır. Perspektivli uşaqları daim nəzarətdə saxlayacağıq, yeri gələndə əsas komandada oynamalarına kömək edəcəyik.
- Baş məşqçi işlədiyiniz müddətdə gənc futbolçulardan ibarət mübariz komanda formalaşdırmağınızla seçilmisiniz. Deyəsən, bu tendensiyanı davam etdirəcəksiniz?
- Bəli, gənclərə mütləq şans verməliyik. Yadınızdadırsa, 3-4 il əvvəl “Turan”da ancaq gənclər meydana çıxırdı. Bu amil neçə-neçə futbolçunun üzə çıxmasına şərait yaratdı. İndi onlar arasında yığma komandamızın formasını geyinənlər də var. Belə olan təqdirdə, niyə də bu siyasətdən vaz keçək?

0
0