Azərbaycan çempionu bu gün növbəti yoxlama oyununa çıxacaq
30.06.2010 - 10:08
Bolqarıstanın Pravets şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu bu gün növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin rəqibi bu mövsüm Bolqarıstanın yüksək liqasında iştirak etmək hüququ qazanan "Vidima Rakovski" olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri buna qədər keçirdikləri dörd yoxlama oyununun hamısında qələbə qazanıblar.
Qeyd edək ki, baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri buna qədər keçirdikləri dörd yoxlama oyununun hamısında qələbə qazanıblar.
0
0