“İnter”in qapıçısı: Daha oynamaq istəmirəm
01.07.2010 - 09:28
“İnter”in qapıçısı Françesko Toldo karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, İtaliya yığmasının 39 yaşlı sabiq oyunçusu yaşıl meydanlarla vidalaşsa da, futbola əlvida deməyəcək. Ötən mövsüm “İnter” ilə 3 titula sahib olan Toldo bundan sonra 2001-ci ildən şərəfini qoruduğu klubda işləyəcək. Məşhur qapıçıya “Sportinq” müqavilə təklif etsə də, o bununla razılaşmayıb.
Qeyd edək ki, son ildə Juliu Sezarın əvəzləyicisi olan Toldonun arxivində ölkə çempionatının 5, ölkə kubokunun 3, İtaliya Superkubokunun 3 və Çempionlar Liqasının qızıl medalları var.
Qeyd edək ki, son ildə Juliu Sezarın əvəzləyicisi olan Toldonun arxivində ölkə çempionatının 5, ölkə kubokunun 3, İtaliya Superkubokunun 3 və Çempionlar Liqasının qızıl medalları var.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0