“Xəzər-Lənkəran”ı keçməyimizdə onun böyük xidməti var”
27.07.2010 - 09:58
“Xəzər-Lənkəran”ı keçməyimizdə onun böyük xidməti var”
“Paşenko çox etibarlı qapıçıdır. Avroliqada “Xəzər-Lənkəran”ı keçməyimizdə onun böyük xidməti var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moldovanın “Olimpiya” klubunun sahibi Sergey Kiselev deyib.

Avroliqanın I təsnifat mərhələsində “Xəzər-Lənkəran”ı keçən Beltsı təmsilçisinin rəhbəri əsas qapıçısı Sergey Paşenkodan çox razıdır. Lənkərandakı görüşü xatırlayan Kiselev Paşenkovun əməyini qeyd edib: “O, Lənkərandakı oyunun son dəqiqələrində komandamızı real qoldan xilas etdi. “Ölü top” çıxartmaqla, uduzmağımıza imkan vermədi. Ümumiyyətlə, Paşenko son illərdə ən yaxşı transferlərimizdən biridir. İndi Moldova çempionatında onun səviyyəsində qapıçı, özü də Moldova pasportu ilə sadəcə, yoxdur”.

Qeyd edək ki, “Olimpiya” “Xəzər-Lənkəran”ı rəqib meydanında vurduğu qol hesabına (evdə 0:0, səfərdə 1:1) keçib.