“Visla” “River Pleyt”in futbolçusu ilə gücləndi - FOTO
27.07.2010 - 10:12
“Visla” “River Pleyt”in futbolçusu ilə gücləndi - FOTO
“Qarabağ”ın Avropa Liqasının III seçmə mərhələsindəki rəqibi “Visla” heyətini gücləndirməkdə davam edir. Transfer dövründə 24 yaşlı yarımmüdafiəçi Cezari Vilk ilə 4 illik müqavilə imzalayan Krakov təmsilçisi uzun müddətdir danışıqlar apardığı argentinalı hücumçu Andres Riosin keçidini də rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, polşalılar 21 yaşlı futbolçunu Argentinanın “River Pleyt” klubundan icarəyə götürüb.

“Visla” yeni transfer Cezari Vilk də daxil olmaqla, Andres Riosu ictimaiyyətə təqdim edib. Argentinalı hücumçu Rios 21, polşalı Vilk isə 28 nömrəli futbolkanı geyinəcəklər.

Bu arada Cezari Vilk və Andres Roisi heyətinə qatan “Visla” Kristofer Maczinski ilə yollarını ayırıb. Krakov təmsilçisi 23 yaşlı futbolçunu “LKS Lodz” klubuna icarəyə verib.

Qeyd edək ki, Maczinski “Visla”nın Avropa Liqasının II seçmə mərhələsində Litva təmsilçisi “Şaulyay” komandası ilə oyunlarda “18-likdə” yer alsa da, baş məşqçi Henrik Kasperczak ona şans verməyib.