Hakan və Əmrə Bakıya gəlir
27.07.2010 - 10:23
“Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsində “Visla” ilə cavab oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 5-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda startı veriləcək görüşdə türkiyəli baş hakim Bülənt Yıldırıma həmyerliləri Mustafa Əmrə Əyisoy, Cem Satman və Hakan Ceylan yardımçı olacaq.
Türkiyəli hakimlərin işinə qiymət verəcək hakim-inspektor Volfqanq Sova Avstriyanı təmsil edir. Oyunun UEFA nümayəndəsi isə norveçli Zvi Rosen təyin olunub.
Qeyd edək ki, iyulun 29-da Krakov şəhərində keçiriləcək “Visla” – “Qarabağ” oyununu Tom Harald Hagenin başçılıq etdiyi norveçli hakimlər briqadası idarə edəcək.

0
0