“Qarabağ” duyuq düşdü
27.07.2010 - 10:31
Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ” Polşada “Visla” klubunun qurduğu tələdən xəbər tutub. Apasport.az saytının məlumatına görə, Krakov təmsilçisi oyundan əvvəl meydançanı suladaraq, futbolçularımıza çətinlik yaratmaq niyyətindədir.
Polşa çempionatında bu metoddan istifadə edən “Visla” eyni çətinliyi təmsilçimizə də yaşatmaq istəyir. Bundan xəbər tutan “Qarabağ”ın məşqçilər heyəti lazımı tədbirlər alıblar. Belə ki, Ağdam klubunun dünən Tofiq Bəhramov adına Respublika stadionunda sonuncu məşqindən əvvəl baş məşqçi Qurban Qurbanov meydançanın sulanması tapşırığını verib. Respublika stadionunun qazonu tam sulandıqdan sonra futbolçular məşqə çıxıblar. Gənc çalışdırıcı fikrini bu cür izah edib: “Hələ mən futbol oynayarkən beynəlxalq oyunlarda bu cür hallarla rastlaşmışam. Biz burada quru meydançada məşq edirdik, ancaq gedib sulu qazonda futbol oynayırdıq. Avropada futbolun sürətini bir qədər də artırmaq üçün oyundan əvvəl meydançanı sulayırlar. Belə olan halda, top yerə düşərkən daha da sürət alır və azarkeşlər sürətli baxımlı oyunun şahidi olurlar”.
Qeyd edək ki, “Visla” – “Qarabağ” matçı iyulun 29-da keçiriləcək.

0
0