“Qalatasaray” Çexiya yığmasının futbolçusunu gətirir
27.07.2010 - 10:42
“Qalatasaray” Çexiya yığmasının futbolçusu Yan Polakı transfer edir. Apasport.az saytının məlumatına görə, Belçikanın “Anderlext” klubunda oynayan dayaq yarımmüdafiəçisi bu həftə İstanbula gəlib, rəsmi müqavilə imzalayacaq.
Baş məşqçi Frank Raykaardın göstərişindən sonra bu mövqeyə axtarışlara başlayan rəhbərlik Brüssel təmsilçisindəki həmkarları ilə bir araya gəlib. “Anderlext” Polakın keçidi üçün 4 milyon avro istədiyi halda, “Cim Bom” 2,5 milyon avro təklif edib. Tərəflərin 3 milyon avroda ortaq məxrəcə gələcəyi deyilir.
Brüssellilər bu axşam Çempionlar Liqasının III təsnifat mərhələsində Uelsin TNS klubu ilə ilk oyun öncəsi Yanın adını UEFA-ya göndərməyib. Bu isə futbolçunun avrokuboklarda başqa klubda oynamasına imkan yaradılmasına işarədir.
Qeyd edək ki, “Qalatasaray” buna qədər Çexiya yığmasının hücumçusu Milan Baroşu transfer edib.

0
0