“Neftçi”nin legionerlərinə dəvət gəldi
27.07.2010 - 11:47
“Neftçi”nin legionerlərinə dəvət gəldi
Bakının “Neftçi” klubunun yeni transferləri Maltaya gedəcək. Apasport.az saytının məlumatına görə, müdafiəçi İqor Mitrevski ilə yarımmüdafiəçi Slavço Georgiyevski Makedoniya yığmasından dəvət alıb. Baş məşqçi Mirsad Yonuz hər iki təcrübəli futbolçunu Malta yığması ilə yoldaşlıq görüşündə sərəncamında görmək istəyir. Bu oyunun avqustun 11-də Maltanın paytaxtı Valetta şəhərində keçiriləcək.

Qeyd edək ki, Mitrevski yığmasında kapitan sarğısını daşıyır.