Ceyhun Sultanov: “Simurq” çoxlarına başağrısı olacaq
27.07.2010 - 12:31
“Simurq”un düşərgəsində yer alsam da, keçidim hələ baş tutmayıb. Çünki “Xəzər-Lənkəran”la müqavilə məsələlərini həll etmək lazımdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu, “Xəzər-Lənkəran”ın mövsüm bitəndən sonra yollarını ayırdığı Ceyhun Sultanov deyib.
Cənub təmsilçisi ilə anlaşması olduğundan başqa kluba sərbəst keçə bilməyən 31 yaşlı yarımmüdafiəçi problemin həllini gözləyir. Onun bildirdiyinə görə, bunu özü yox, “Simurq” rəhbərliyi yoluna qoymalıdır: “Keçidimi iki klubun rəhbərliyi danışmalıdır. Transfer hüquqlarım “Xəzər-Lənkəran”a məxsus olduğundan, kompensasiya ödəmək lazımdır. Deyilənə görə, bunun məbləği 50 min dollar təşkil edir. Artıq bu, “Simurq”un rəhbərliyinin üzərinə düşən məsələdir. Məncə, problem olmamalıdır. İnşallah, çempionatın startına transferim reallaşar”.
Yeni mövsüm üçün siyasətini dəyişərək, daha çox yerli, gənc futbolçulara üstünlük verən “Simurq”un iddiası azalır. Sultanov bu klubu seçməyində makedoniyalı baş məşqçi Qyoko Hacıyevski amili qeyd edir: “Onunla yaxşı dil tapdıq. “Muğan” variantı indiyə kimi qalır. Sadəcə, Hacıyevski ilə bir-birimizi yaxşı başa düşdük. Əlbəttə, heyətimizdə futbolçular gənc, təcrübəsiz olduğundan çətin olacaq. Ancaq bir yerdə oynamağımız lazımdır ki, tez bir-birimizi başa düşək. Mənə indi daha çox oyun praktikası lazımdır. Daim oynamalıyam ki, əvvəlki formamı bərpa edim. Fikrimcə, “Simurq” gələn mövsümdə çoxlarına başağrısı olacaq”.
Mehman SÜLEYMANOV

0
0