“Qarabağ” üç futbolçusunu Polşaya aparmır
27.07.2010 - 13:16
“Qarabağ” Avroliqanın III təsnifat mərhələsində “Visla” ilə səfər oyununa tam heyətlə yollanmayacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin üç futbolçusu – müdafiəçi Ayxan Abbasov, yarımmüdafiəçi Rəşad Kərimov və hücumçu Tural İsgəndərov Krakova aparılmır. Onlardan Ayxan cəzalı olduğu üçün “Visla” ilə ilk görüşdə meydana çıxa bilməz. Rəşadla Turalın isə zədəsi var. Qurbanov səfərə 20 futbolçu ilə çıxacaq.
Qeyd edək ki, bu gün çarter reysi ilə yollanan “Qarabağ” Bakı vaxtilə saat 23:00-da (yerli vaxtla 20:00) Polşaya çatacaq. Axşam orada bir məşq planlaşdırılıb. Sabah oyun qabağı məşq Bakı vaxtı ilə saat 23:00-da olacaq. İyulun 29-da keçiriləcək “Visla” – “Qarabağ” görüşü də həmin vaxt başlayacaq.

0
0