Əmrah Çəlikəl: Biz Polşaya qələbə qazanmaq üçün gedirik
27.07.2010 - 13:27
“İnşallah, Polşadan ən yüksək nəticə ilə qayıdacağıq. Təbii ki, ən yüksək nəticə qələbədir. Biz səfərə buna nail olmaq üçün gedirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.
Avroliqanın III təsnifat mərhələsində iyulun 29-da Polşada “Visla” ilə oyuna çıxacaq bürünc mükafatçımız bir həftə sonra rəqibini qəbul edəcək. Bu gün Polşaya 30 nəfərlə yollanacaqlarını deyən Çəlikəl komandasına güvənir. Onun fikrincə, “Visla” güclü rəqib olsa da, “Qarabağ” onu yenmək iqtidarındadır: “Hər halda, Polşada heç-heçə də bizim üçün uğurlu nəticə sayılmalıdır. Biz “Visla”nın güclü komanda olduğunu yaxşı bilirik və buna uyğun hazırlaşmışıq. Komanda baş məşqçimiz Qurban Qurbanovun rəhbərliyi altında oyuna ciddi hazırlaşır. Qurbanov daim futbolçularla bir yerdə olaraq, öz tapşırıqlarını verir. İnanıram ki, ümidləri doğrultacağıq. Nəticə oyunun gedişindən çox asılı olacaq. Növbəti mərhələyə çıxmaq şanslarımız haqda ilk oyundan sonra danışmaq olar”.
Mehman SÜLEYMANOV

0
0