Argentina yığması yeniləndi
28.07.2010 - 23:19
Argentina Futbol Federasiyası (AFA) İrlandiya yığmasına qarşı keçiriləcək yoldaşlıq matçı ilə bağlı ölkə millisinə çağırılmış futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Argentina millisinin heyətində 24 nəfər var. Onların arasında Fabrisio Koloççini, Pablo Sabaleta, Emiliamno İnsua, Fernando Qaqo, Xesus Datolo, Ever Baneqa və Esekiel Cənubi Afrikada keçirilmiş dünya çempionatına qatılmayıblar. AFA-nın baş məşqçi vəzifəsindən Dieqo Maradonanı kənarlaşdırımasından sonra komandanı müvəqqəti olaraq Serxio Baptista çalışdırır.
Yığmanın heyəti belədi: qapıçılar - Serxio Romero ("Alkmaar", Hollandiya), Mariano Anduhar ("Kataniya", İtaliya); müdafiəçilər - Martin Demişelis ("Bavariya", Almaniya), Valter Samüel, Nikolas Burdisso (hər ikisi "İnter", İtaliya), Qabriel Hayntse ("Olimpik" Marsel, Fransa), Fabrisio Koloççini ("Nyukasl", İngiltərə), Pablo Sabaleta ("Mançester Siti", İngiltərə), Emiliamno İnsua ("Fiorentina", İtaliya); yarımmüdafiəçilər - Maksi Rodriges, Xavyer Maskerano (hər ikisi "Liverpul", İngiltərə), Anhel Di Mariya ("Real", İspaniya), Xonas Qutyerres ("Nyukasl", İngiltərə), Mario Bolatti ("Fiorentina", İtaliya), Xavyer Pastore ("Palermo", İtaliya), Fernando Qaqo ("Real", İspaniya), Xesus Datolo ("Espanyol", İspaniya), Ever Baneqa ("Valensiya", İspaniya); hücumçular - Qonsalo İquayn ("Real", İspaniya), Karlos Teves ("Mançester Siti", İngiltərə), Serxio Aquero ("Atletiko", İspaniya), Lionel Messi ("Barselona", İspaniya), Dieqo Milito ("İnter", İtaliya), Esekiel Lavessi ("Napoli", İtaliya). Yoldaşlıq matçı avqustun 11-də Dublində keçiriləcək.

0
0