Henrik Kasperçak: “Qarabağ” Avropa klublarına başağrısı olub
28.07.2010 - 23:24
“Şaulyay” üzərində qələbədən sonra güclü Avropa klublarına başağrısı olmuş "Qarabağ"la qarşılaşırıq. Biz azərilərlə oyunda qələbə qazanmaq istəyirik”. Apasport.az saytının xəbərinə görə, bunu “Visla” klubunun baş məşqçisi Henrik Kasperçak deyib.
Avropa Liqasının III təsnifat mərhələsində bu gün “Qarabağ”la qarşılaşacaq Krakov təmsilçisinin çalışdırıcısı oyunla bağlı fikirlərini açıqlayıb: “Komandam oyuna qələbə üçün çıxacaq. Heyətdə problemlərimiz var. Mərkəzi müdafiəçisi Kleber vacib oyunda meydana çıxa bilməyəcək. Eyni zamanda, Draqan Paljiç və Vilkin də oynaması sual altındadır. Heyətimizdə yeni oyunçular var. Onların komandaya uyğunlaşması üçün zaman lazımdı. "Qarabağ"ın ötənilki nəticələrini analiz etmişik. Bu komanda "Rusenborq"u turnirdən kənarlaşdırıb və "Tvente" ilə qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparıb".

0
0