Qurban Qurbanov: “Visla” kağız üzərində favoritdir
28.07.2010 - 23:43
Qurban Qurbanov: “Visla” kağız üzərində favoritdir
“Təbii ki, kağız üzərində “Visla” favoritdir. Polşalılar yaxın keçmişdə “Barselona”nı məğlub etməyi bacarıblar”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisinin baş məqşçisi Avropa Liqasının III təsnifat mərhələsində “Visla” ilə səfər oyunundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Rəqibimizin “Barsa” üzərindəki qələbəsi keçmişdə qalıb. Biz bu günlə yaşayırıq. “Visla”nı analiz etməyə çalışmışıq. Rəqib həqiqtən də gücldür. Topla oynamağı, texnikalı futbolu çox sevir. Amma bu demək deyil ki, biz də boş oturacağıq. Komandamızda zədəli və cəzalı oyunçu yoxdur. Bu bizim bir üstünlüyümüzdür. Rəqib çox çılğın azarkeşləri var. Hər kəsi əmin edə bilərəm ki, azarkeşlər oyunda darıxmayacaqlar”.