“Bakı”da “qara siyahı”ya düşənlər bəllidir
28.07.2010 - 23:53
“Bakı”da “qara siyahı”ya düşənlər bəllidir
“Bakı” klubunun baş məşqçisi Vinfred Şaferin “qara siyahısı” bəlli olub. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı braziliyalı Adriano və portuqaliyalı Venio Moralesi paytaxt komandasında görmək istəmir.

Bundan başqa, mövsüm başa çatınca “Xəzər-Lənkəran”dan transfer olunan Juninyo da “zolaqlılar”ın heyətindən uzaqlaşdırıla bilər. Buna səbəb braziliyalı futbolçunun zədəli olmasıdır.