“Fənərbaxça” İsveçrədə qələbəni əldən verdi
29.07.2010 - 08:29
“Fənərbaxça” İsveçrədə qələbəni əldən verdi
UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu nüfuzlu turnirin cari mövsümündə debüt edən “Fənərbaxça” İsveçrədə qələbəni son dəqiqələrdə əldən verib.

Paytaxt Berndə yerli “Yanq Boyz”un qonağı olan istanbullular hesabda iki dəfə irəlidə olsalar da, üstünlüyünü qoruya bilməyiblər.

Günün ən böyük sensasiyası isə Portuqaliyada qeydə alınıb. Dəfələrlə ÇL-nin qrup mərhələsində iştirak edən, böyük avrokubok təcrübəsinə malik “Seltik” yerli “Braqa”ya böyük hesabla uduzub. Postsovet məkanı təmsilçilərindən Qazaxıstanın “Aktobe” və Moldovanın “Şerif” klublarının evdə güclü rəqiblərə yenilməməyi də diqqəti çəkən məqamdır.

UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi
İlk oyunlar


“Aktobe” (Qazaxıstan) – “Hapoel” (Təl-Əviv, İsrail) – 1:0
Smakov, 67-pen

BATE (Belarus) – “Kopenhagen” (Danimarka) – 0:0

“Şerif” (Moldova) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:1
Yeroxin, 35 – Sammir, 3

“Debretsen” (Macarıstan) – “Bazel” (İsveçrə) – 0:2
Ştoker, 34, Caka, 90+2

“Yanq Boyz” (İsveçrə) – “Fənərbaxça” (Türkiyə) – 2:2
Didar, 18, Konstantso, 89 – Əmrə, 5, Stox, 42

AİK (İsveç) – “Rusenborq” (Norveç) – 0:1
Henriksen, 33

“Partizan” (Serbiya) – HİK (Finlandiya) – 3:0
İliyev, 8, İliç, 42, Kleo, 90+2

“Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) – 1:1
Suares, 13 – İvits, 72

“Braqa” (Portuqaliya) – “Seltik” (Şotlandiya) – 3:0
Alan, 26-pen, Elderson, 76, Mateus, 88

Qeyd edək ki, cavab oyunları avqustun 3-4-də keçiriləcək.