Silvio Danailov: Şəhriyar Məmmədyarov Kazanda iştirak etməməlidir!
29.07.2010 - 10:16
Silvio Danailov: Şəhriyar Məmmədyarov Kazanda iştirak etməməlidir!
“İddiaçıların oyunların gözlənilmədən, son anda Kazana keçirilməsi təklifi bizi çox hiddətləndirdi. FİDE bunu gizli saxlayırdı. Onlar çoxdan bilirdilər ki, Levon Aronyana görə turnirin Bakıda keçirilməsi ilə bağlı problem vardı və bunu həll etmək qeyri-mümkündür”. Apasport.az saytının məlumatına görə, bunu şahmat üzrə sabiq dünya çempionu, bolqarıstanlı Veselin Topalovun meneceri Silvio Danailov deyib.

Nüfuzlu turnirin Bakıdan Rusiyanın Kazan şəhərinə keçirilməsinə qarşı çıxan Topalov FİFA prezidenti Kirsan İlyumjinova açıq məktub göndərib. Bolqar şahmatçı orada göstərib ki, nə Kazan, nə də Rusiyanın digər şəhərində rusiyalı oyunçularla görüşəcək. Baş verənlərə münasibətini bildirən Topalovun menecerini lider şahmatçılarımızdan olan Şəhriyar Məmmədyarovun da Tatarıstan paytaxtında iştirak edəcəyindən narazı salıb: “Özünə hörmət edən beynəlxalq federasiya namizədlərin oyunların digər şəhərdə keçirilməsi ilə bağlı tender elan etməli idi. Yeri gəlmişkən, Sofiya milyon dollar təklif edə bilərdi. Hansı problemlər var? Onlar isə sehrbaz kimi son anda Kazanın namizədliyini çıxardılar. Deyirlər ki, burada oynayacaqsınız. Özü də bu zaman Bakıdan iddiaçı – Şəhriyar Məmmədyarovu saxlayırlar. Absurddur! Əgər oyunlar Rusiyada keçirilirsə, iddiaçı da Rusiyadan olmalıdır. Azərbaycanın nə dəxli var?”