Honduras yığması Reynaldo Rueda ilə vidalaşdı
29.07.2010 - 10:37
DÇ-2010-un daha bir iştirakçısı baş məşqçisini itirib. Apasport.az saytının məlumatına görə, Honduras yığmasının çalışdırıcısı Reynaldo Rueda postunu tərk edib.
Mundialda uğursuz çıxış edən honduraslılar qrupda sonuncu yeri tutub. Ruedanın müqaviləsinin müddəti bitib və yerli federasiya onunla anlaşmanı uzatmamağı qərara alıb. Kolumbiyalı mütəxəssis 2007-ci ildən bu postda çalışırdı. Honduras məhz onun rəhbərliyi altında 28 illik fasilədən sonra mundiala çıxa bildi. Ruedanın məşqçilik fəaliyyətini Ekvador yığmasında davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, Rueda azərbaycanlı futbolsevərlərə də tanış məşqçidir. Honduras iyunda onun rəhbərliyi altında Avstriyada millimizlə keçirdiyi yoldaşlıq görüşündə qolsuz heç-heçə ilə kifayətlənmişdi. “Xəzər-Lənkəran”ın honduraslı hücumçusu Allan Lalinin vaxtilə yığmada baş məşqçisi olan Rueda ona sonradan dəvət göndərmədi.

0
0