“Visla” – “Qarabağ” matçı Azərbaycanda canlı yayımlanacaq!
29.07.2010 - 10:53
“Visla” – “Qarabağ” matçı Azərbaycanda canlı yayımlanacaq!
Futbol azarkeşləri Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Visla” – “Qarabağ” qarşılaşması canlı izləyə biləcəklər. Apasport.az saytının məlumatına görə, Krakovda “Hutnik” stadionunda baş tutacaq görüş “İdman-Azərbaycan” və AzTV kanalı vasitəsilə canlı yayımlanacaq. Telekanal rəhbərliyi bildirib ki, polşalılarla aparılan danışıqlar müsbət nəticələnib. Saat 23:00-da start götürəcək görüş proqrama salınıb.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulan “Qarabağ”ın cari mövsümdə avrokuboklarda səfərdə keçirdiyi oyunlar canlı yayımlanmayıb.