“Gəncə” heç-heçə ilə qayıdır
29.07.2010 - 11:01
Hazırlığını Gürcüstanda həyata keçirən “Gəncə” dünən sonuncu yoxlama oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, təmsilçimiz bu dəfə “Torpedo” ilə üz-üzə gəlib. 90 dəqiqə ərzində qapılara qol vurulmadığından, oyun başladığı hesabla da yekunlaşıb.
Qeyd edək ki, “Gəncə” Gürcüstanda “Kaxetti”yə yenilib (1:0), “Zuqdidi”yə isə qalib gəlib (0:1). Beləliklə qonşu ölkədəki hazırlığını yekunlaşdıran “Gəncə” bu gün təmsil etdiyi şəhərə dönəcək. Sonuncu oyundan sonra hansı futbolçularla müqavilə imzalanacağı dəqiqləşdirilsə də, şəxsi işləri ilə əlaqədar təcili Gəncəyə dönməli olan baş məşqçi Fuad İsmayılov yekun sözünü bir neçə gündən sonra deyəcək.

0
0