“Araz”ın oyunlarının təqvimi açıqlandı
29.07.2010 - 11:32
Futzal üzrə UEFA kubokunda ölkəmizi təmsil edəcək sonuncu Azərbaycan çempionu “Araz”ın əsas mərhələdə mübarizə aparacağı C qrupunun təqvimi hazırdır. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən xəbərinə görə, təmsilçimiz əvvəlcə Latviyanın “Nikars”la üz-üzə gələcək. Növbəti oyunda Naxçıvan futzalçılarının rəqibi Rumıniyanın “City US Targu Mureş” komandası olacaq.
Üçüncü rəqibin kimliyinə birinci mərhələnin oyunlarından sonra aydınlıq gətiriləcək. Bir sözlə, “Araz”ın potensial rəqibi UEFA kubokunun ilkin mərhələsinin A qrupunda yer alan “Nautara” (Litva), “Kaghsi” (Ermənistan) və ya “Sportinq” (İrlandiya) klublarından biri olacaq.

0
0